"Google” xəritələrində “Street View” (Küçələrə baxış) rejimində zamanı geri döndərməyə imkan verən yeni funksiya yaradılıb. “Zaman maşını” adlanan funksiyanın köməyi ilə servisin işə salındığı və ilk panoram şəkillərinin çəkildiyi 2007-ci ildən bəri bu və ya digər yerin necə dəyişməsini, onun sutkanın və ilin müxtəlif vaxtlarında necə görünməsini öyrənmək mümkündür.
Zamanı geri döndərmək üçün “Street View” rejiminə daxil olmaq və saatın təsvir olunduğu ikonkanın üstünə (sol yuxarı hissədə) düyməni basmaq lazımdır. Sonra “maus”u hərəkətə gətirərək əhatə olunduğumuz məkanı 2007-ci ildəki vəziyyətindən hazırkı vaxtadək dəyişmək olar.
“Zaman maşını” funksiyası müxtəlif ölkə istifadəçiləri üçün tədricən işə salınacaq. Əvvəlcə ondan yalnız kompüterlərdə, sonradan mobil qurğularda yararlanmaq mümkün olacaq.
Şəhər küçələrinin panoramlı görünüşünə baxmağa imkan verən “Street View” rejimi 2007-ci ildən “Google Maps” və “Google Earth” servislərinin tərkibinə daxildir. “Google” şəhər küçələrinin şəklini və panoramını avtomobillər və ya xüsusi kameraların quraşdırıldığı üçtəkərli velosipedlər vasitəsilə aparır, - “Vesti www.vesti.ru” yazır.
İct