"Heç bir əməliyyat şirkəti dövlətə bu qədər gəlir gətirməyib" - ARDNF

15:39 | 18.11.2014
"Heç bir əməliyyat şirkəti dövlətə bu qədər gəlir gətirməyib" - ARDNF

"Heç bir əməliyyat şirkəti dövlətə bu qədər gəlir gətirməyib" - ARDNF

Bu gün Azərbaycanda quruda fəaliyyət göstərən əməliyyat şirkətlərindən ən uğurlusu "Surakhany Operating Company" şirkətidir ("NOVATIS Oil" operatoru). Rəsmi məlumatlara əsasən, 2014-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, "Suraxanı Oil" müqavilə sahəsindən 573 min ton neft hasil olunub. Hərçənd ki, müqavilə öhdəliklərinə görə, podratçı 2014-cü ildə yalnız 257 min ton neft hasil etməli idi. 
Bu göstəriciyə görə, "Surakhani Operating Company" ilə hətta dənizdə işləyən heç bir əməliyyat şirkəti yarışa girə bilməz, BP-Azerbaijan daxil olmaqla (2009-cu ildən şirkət hasil üzrə plan göstəricilərindən geri qalır). Cari ilin oktyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 74 mln. 400 min. ABŞ dolları daxil olub. ARDNF-dan "Caspianbarrel.org"a bildirilib: "Buna qədər quruda heç bir onşor əməliyyat şirkəti dövlətə bu qədər gəlir gətirməyib".  
Qeyd edək ki, "Suraxanı Oil" layihəsi üzrə müqavilə 2005-ci il avqust ayının 16-da Bakıda SOCAR (25%) və "NOVATIS Oil" xarici şirkət (keçmiş adı "Rafi Oil") (BƏƏ - 75%) arasında imzalanıb. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin 1994-cü ilin sentyabr ayından imzalanan sayca 26-cı PSA müqaviləsidir. Bakıdan 14 km şimal-şərqdə yerləşən müqavilə blokunun ümumi sahəsi 13 kv. km-dir. 
"Suraxanı Oil" yataqlar qrupu 1904-cü ildən işlənilir və o dövrdən 2005-ci ilin ortalarına olan müddətə qədər 114,597 mln. ton neft və 10 mlrd. kubmetrdən çox qaz hasil olunub. Neft hasilatının pik həddi 1931-ci ildə müşahidə olunub, həmin il 4,189 mln. ton neft hasil olunub. SOCAR-ın geoloqları o zaman qeyd edirdilər ki, müqavilə sahəsinin çıxarıla bilən qalıq ehtiyatları 6,822 mln. ton təşkil edir. Bundan sonra yalnız bir dəfə 2011-ci ildə SOCAR öz saytında açıqlayıb ki, müqavilə sahəsində hasil olunan neftin həcmi 115,5 mln. tona çatıb. Yəni PSA müqaviləsi çərçivəsində 5,5 il ərzində 1 mln. ton neft hasil olunub. Müqavilənin şərtlərinə əsasən, layihənin operatoru iki il ərzində müqavilə blokunda neftin sutkalıq hasilatını 1,5 dəfə artırmağı öhdəsinə götürür. 
Deputatların müzakirə və təsdiq etdiyi müqavilədə yazılıb ki, podratçı 2014-ci ilə qədər hasilatı 257 min tona qədər artırmağı öhdəsinə götürür. Bu məlumatlara əsaslansaq (2005-ci ilin yekununda yataqdan 130 min ton neft hasil olunub), artıq 2007-ci ildə "Suraxanı Oil" yatağından  "NOVATIS Oil" şirkəti müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün 200 min tona yaxın neft hasil etməli idi. Lakin göründüyü kimi, 5 il ərzində hasilat proqramı artıqlaması ilə yerinə yetirilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM