• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

"Heç bir ilahi din terroru dəstəkləmir"

"Heç bir ilahi din terroru dəstəkləmir"
30.12.2013 14:28
"Cihad yalnız silahlı insanlara qarşı, təcavüzkarlara qarşı aparıla bilər. Amma dinc insanların öldürülməsi dinlə heç bir əlaqəsi olmayan məsələdir. Hər hansı dinc insana qarşı cihad edilməsi böyük bir təhlükədir. Bunun İslamla, dinlə heç bir əlaqəsi yoxdur". Bu sözləri  ilahiyyatçı Hacı Şahin Həsənli son zamanlar regionda və dünyada baş verən terror hadisələri ilə İslam dinin əlaqələndirilməsi məsələsinə münasibət bildirərkən deyib. Terrorun heç bir vəcdlə dinimizdə qəbul olunmadığını deyən ilahiyyatçı, günahsız insanların cihad adı ilə öldürülməsinin dinlə əlaqəli olmadığını deyib:"Cihad Allah yolunda döyüşmə mənasını verir. Cihad əslində təcavüzə məruz qalmış bir xalqın öz haqqlarını qoruması uğrunda mübarizəyə qalxmasıdır. Yəni müsəlman torpağı, müsəlman xalqı başqa biri tərəfindən təcavüzə məruz qalırsa haqlarını qorumaq üçün müsəlmanların cihad etməsi vacib olur. Quranda belə bir ayə var ki, “sizinlə vuruşanlarla vuruşun”. İslam heç bir vəcdlə dinc insanlara qarşı təcavüzü qəbul edə bilməz. Bu təbii məsələdir. Hətta ağacların belə kəsilməsi dində qadağan olunur. Radikal qruplaşmalar həmişə kənar qüvvələrin əlində vasitə olublar. Bəziləri məzhəblər arası, dinlər arası qarşıdurma yaratmaq, eyni zamanda İslam dini haqqında yanlış təsəvvürlər formalaşdırmaq istəyirlər. İslamdan qorxunc bir sima yaratmaq istəyirlər. İnsanları İslamdan çəkindirmək üçün bu cərəyanları yayırlar. Əslində dünyada mənəviyyata yönəlmə var. Avropada İslam dininə marağın artması bəzilərini narahat edir. Ona görə də İslam haqqında belə mənfi təsəvvürlər yaradırlar. Heç bir ilahi din terroru dəstəkləmir. Bu addımlar zehnlərdə mənfi fikirlər yaratmaq üçün atılır"."Karvan" jurnalının şef-redaktoru ilahiyyatçı İsmayıl Əhmədov açıqlamasında dinin düşmənə qarşı mübarizədə həddi aşmamağı əmr etdiyini bildirib. İslamın yalnız düşmənin hücumunu dəf etməyi əmr etdiyini deyən İ.Əhmədovun sözlərinə görə, din bundan artıq hər hansı bir tədbirə əl atmağı qadağan edir:"Məsələn əgər hər hansı bir işğalçı torpaqları tutursa İslam yalnız həmin torpaqları azad etməyi və qarşı tərəfin ərazilərinə daxil olmamağı əmr edir. Peyğəmbərin (s) zamanına nəzər saldıqda belə döyüş zamanı ağacların yandırılmaması əmr olunur və sakit ölümdən (zəhərləmə) istifadəyə yol verilmədiyi məlum olur. Ağacların yandırılmasına çay sularının zəhərlənməsinə yol verməyən bir din insan faktoruna qarşı həddi aşmağa icazə verə bilərdimi? Əlbətdəki xeyr. Terroru İslama yamaq vurmaq istəyənlər zəhmət çəkib həm terrorun, həm də İslamın tarixini araşdırsınlar. Bunu etsələr belə bir mübarizə üsulunun İslamdan əvvəl digər din və ayinlərdə mövcud olduğunu görəcəklər. Misal olaraq yalnız Yuliy Sezarın Senatda terror nəticəsində qətlə yetirlilməsini buna misal çəkmək olar". ANS Press
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Cəmiyyət 09:00
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub - Yenilənib
Cəmiyyət 07:10
Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 22:10
Xəzər dənizində zəlzələ olub
Bakıda klassik avtomobillərin sərgisi keçirilib
Cəmiyyət 19:24
Bakıda klassik avtomobillərin sərgisi keçirilib
Elçin Quliyev generalı vəzifəsindən azad etdi- Yeni təyinat
Cəmiyyət 18:47
Elçin Quliyev generalı vəzifəsindən azad etdi- Yeni təyinat
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
Cəmiyyət 18:33
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma qeydə alınıb
Cəmiyyət 18:08
Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma qeydə alınıb
Mütəllim Rəhmli Ədalət Partiyasının yeni sədri seçilib
Cəmiyyət 16:16
Mütəllim Rəhmli Ədalət Partiyasının yeni sədri seçilib
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
Cəmiyyət 15:24
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol