Polkovnik Azay Kərimov ANS PRESS-ə açıqlamasında bu gün cəbhə xəttindəki itkilərdən danışıb
"Bu cür hadisələrin baş verməməsi üçün əsgərin arxa cəbhədə döyüş qabiliyyətini artırmaq lazımdır". Keçmiş döyüşçü, Qarabağ müharibəsinin iştirakçısı olmuş polkovnik Azay Kərimov ANS PRESS-ə açıqlamasında bu gün cəbhə xəttindəki itkilərdən danışıb.
"Mən müharibədə iştirak etmiş biri kimi deyə bilərəm ki, döyüş zamanında heç vaxt bu cür itki ilə qarşılaşmamışam. Bu hadisənin baş verməsi ordunun əsgər və zabitlərinin döyüş bacarığının son dərəcə aşağı səviyyədə olmasından xəbər verir. Mən düşməni irəliləməsinə imkan verməyən hərbçilərimizn ruhu qarşısında baş əyirəm".
Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub. Dörd nəfər isə yaralanıb.
ANN.Az