"Həbs olunan şəxs Müdafiə Nazirliyində çalışıb" – HƏRBİ EKSPERT

11:48 | 10.01.2014
"Həbs olunan şəxs Müdafiə Nazirliyində çalışıb" – HƏRBİ EKSPERT

"Həbs olunan şəxs Müdafiə Nazirliyində çalışıb" – HƏRBİ EKSPERT

Azərbaycan Müdafiə Nazirliyinin 2010-cu ildə beynəlxalq axtarışa verilmiş keçmiş vəzifəli şəxsi Moskvanın “Demodedovo” aeroportunda həbs olunub. Həmin şəxs, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur. Müdafiə Nazirliyindən APA-ya verilən açıqlamaya görə, İ. Yadigarov nazirliyin əməkdaşı olmayıb, Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində çalışıb.

Bəzi məlumatlara görə isə onun keçmiş müdafiə naziri Səfər Əbiyevlə də əlaqələrinin olduğu deyilir.Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Üzeyir Cəfərov ANN.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, o, Müdafiə Nazirliyində xidmət göstərərkən İlqar Yadigarov da qurumda çalışıb: "Onunla bağlı yeganə deyə biləcəyim fakt budur. Hazırda bizim Müdafiə Nazirliyində çalışmağımızdan 10 il keçib və heç cür onun adını və soyadını xatırlaya bilmirəm".

Hərbi ekspert əlavə edib ki, Moskvada həbs olunan şəxsin keçmiş müdafiə naziri ilə əlaqəsinin olmasına inanmır: "Əvvəla o nazirlikdə çox da böyük olmayan bir işin sahibi olub. İkincisi də, Müdafiə Nazirliyi miqyasında olan maliyyə dövriyyəsi ilə müqayisədə ona qarşı irəli sürülən ittihamda göstərilən məbləğ çox kiçik rəqəmdir . Hər halda Müdafiə Nazirliyi özü bu məsələyə aydınlıq gətirsə, yaxşı olar. Çünki o, xidmətdə olduğu vaxt bu hadisə baş verib və onun həbs edilməsi də məhz bununla bağlı ola bilər”.

SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM