Hökuməti hədəf alan 17 dekabr əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabı "Metris" həbsxanasında ziyarət edən vəkili Xəlil İbrahim Kocanın ona: "Əlavə ifadə ver. "Bu işləri hökumətin məlumatı daxilində etdim" söylə. Səni sərbəst buraxdırıb evinə göndərək" təklifi etdiyi iddia edilir.ANS PRESS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, vəkilin 5-6 yanvar tarixlərində bir neçə dəfə cəza evinə girib-çıxdığı kameralarda təsbit edilib. Vəkil Xəlil İbrahim Kocanın Rza Zərrabın əməliyyatla bağlı vəkilliyini öhdəsinə götürməsə də digər işlərlə bağlı vəkilliyini etməsi bildirilir. "Sərbəst buraxılma kağızın hazır olacaq, əlavə ifadə ver" deyən vəkilə, Rza Zərrabın nə cavab verdiyi açıqlanmır.Qeyd edək ki, adı "1 milyon dollarlıq xəbər şantajı" ilə gündəmə gələn vəkil Halil İbrahim Kocanın əməliyyat günü axşamına qədər Rza Zərrabın vəkili olduğu və Zərrab nəzarətə alınanda isə ortada qaldım deyərək, vəkilliyini buraxdığı iddia edilmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !