"İlham Əliyevin Bişkekə səfərinin təşkili ilə bağlı işlər aparılır”

Azərbaycan və Qırğızıstan tərəfləri prezident İlham Əliyevin Bişkekə cavab səfərinin təşkili ilə bağlı işlər aparır.Bu barədə APA-ya məlumat verən Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov bildirib ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib: “İstəyərdik ki, səfər ya yaz, ya da yay aylarında baş tutsun. Səfər zamanı unikal İsıkkul gölünə ziyarəti də təşkil etmək istəyirik. Gələcəkdə gölün yaxınlığında türkdilli ölkələrdən olan uşaqlar üçün “Artek” düşərgəsinə bənzər istirahət mərkəzini yaratmağı planlaşdırırıq. Bu işə Heydər Əliyev Fondunu də dəvət etmək niyyətindəyik”. A.Buranov eyni zamanda Bişkekin yeni meri Kubanıçbek Kulmatovun Bakıya səfərinin təşkili ilə bağlı işlərin aparıldığını bildirib. O qeyd edib ki, səfər zamanı Bakı və Bişkek arasında əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb





















