"Çingiz Aytmatov" kinofestivalı başladı

09:20 | 13.12.2013
"Çingiz Aytmatov" kinofestivalı başladı

"Çingiz Aytmatov" kinofestivalı başladı

Qırğızıstan Kinematoqrafçılar İttifaqı və “Aytış” İctimai Fondunun təşəbbüsü ilə Bişkekdə böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş “Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” III Beynəlxalq kinofestivalı başlayıb.Festivalda MDB və Baltikyanı dövlətlərin, eləcə də Gürcüstan kinematoqrafçılarının istehsalı olan 15 qısametrajlı film iştirak edir.Kinofestivalda Azərbaycan və Ukrayna kinematoqraflarının birgə istehsalı olan “Sakura” qısametrajlı filmi də nümayiş etdiriləcək. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Novruz Hikmət, operatoru Yuri Dunay, prodüserləri Novruz Hikmət və İrina Biçevadır.Filmdə baş rolu Azərbaycanın əməkdar artisti Ayşad Məmmədov oynayıb. Onun tərəf-müqabili Ukraynanın teatr aktrisası Tatyana Qavrilyukdur. Filmin çəkilişləri Kiyevdə aparılıb.

Kinofestivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Münsiflər heyətinin xüsusi prizi”, “Tamaşaçı rəğbəti prizi” nominasiyaları üzrə mükafatlar veriləcək.

Kinofestival dekabrın 15-də başa çatacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM