"iPhon 6" kredit kartı olur: Qeyri-adi yenilik

20:19 | 02.09.2014
"iPhon 6" kredit kartı olur: Qeyri-adi yenilik

"iPhon 6" kredit kartı olur: Qeyri-adi yenilik

"Apple" "iPhone 6"-nın pulqabı kimi istifadə edilməsi üçün vacib bir müqaviyələ imza atıb.
ANN.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, "Apple" yeni telefonu "iPhone 6"-nın ödəmə əməliyyatlarında da istifadə edilməsi üçün "American Express"lə razılığa gəlib. Şirkət rəsmi açıqlama verməsə də, daxildən sızan məlumat, "iPhone 6"-nın önəmli bir ödəniş vasitəsi olaraq da istifadə olunacağını təsdiqləyir. 
"iPhone 6"-nın NFC (Yaxın alan ünsiyyəti) xüsusiyyəti ilə çalışacaq ödəmə xidməti sayəsində istifadəçilər "iPhone 6"-nı mağazalarda kassaya yaxınlaşdıraraq istənilən ödəmə miqdarını həyata keçirə biləcəklər. Beləliklə, kredit kartı istifadə etmədən alış-veriş etmək mümkün olacaq.
 
Həmin sistemin sentyabrın 9-dan tətbiq olunacağı gözlənilir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM