“Apple” şirkətinin yeni təqdim etdiyi iPhone 6 və iPhone 6 Plus modellərini əldə etmək istəyənlər bir az gözləməli olacaqlar.
ANS TV-nin Amerika bürosunun məlumatına görə, “Apple” şirkətinin çoxdandır gözlənilən iPhone 6 modelinin necə olacağı çoxlarını maraqlandırırdı. Artıq bu intizara son qoyuldu və bu gün İPhone 6-nın təqdmatı oldu. Bu telefonlar dərhal satışa çıxarılmayacaq. Amma iPhone həvəskarları yeni model telefonları əldə etmək üçün artıq növbə tutmağa başlayıblar. Yeni smartfonlar Birləşmiş Ştatlarda 19 sentyabrda satışa çıxarılacaq. İPhone həvəskarları yeni modellərin satışa çıxarılmasını səbirsizliklə gözləyir.Modelin oktyabr ayında 120 ölkədə satışa çıxacağı açıqlanıb. ABŞ üçün 2 illik müqaviləya uyğun olaraq telefonun qiymətləri də açıqlanıb. Gb-dən asıl olaraq İPhone 6-nın qiyməti 199 dollarla- 399 dollar arasinda dəyişəcək. 6 Plus isə 299 dollardan başlayacaq 499 dollara qədər olacaq. Yeni məhsulların təqdimat mərasimi “Apple”-in yaradıcısı Steve Jobs-un 30 il əvvəl ilk Macintosh kompüterinin tanıtımını elədiyi Kaliforniyadakı “Flint Center”də baş tutub. Açılış mərasimini “Apple”ın icraçı direktoru Tim Kuk həyata keçirib. O, yeni smartfonu dünyada nömrə bir və ən yaxşı İPhone adlandırıb. Yeni modellərin xüsusiyyətləri haqqında “Apple”ın marketinq üzrə vitse prezidenti Fil Şiller məlumat verib. Beləliklə, yeni model İPhone 6-nın ekran diaqonalı 4,7 İPhone 6 Plus-un isə 5,5-dir. iPhone 6-nın qalınlığı 6-6,8, iPhone Plus-da 7,1 millimetrdir. Yəni, bizi olduqca nazik telefon aparatları gözləyir. Yeni displeylərin küncləri daha geniş, rəngləri isə daha dəqiqdir. Korpuslar şüşə və aliminiumdandır. Yeni telefonlar həm də daha yaxşı enerji saxlamaq qabiliyyəti olacaq. 50 saat səs yazma, 11 saat isə video baxmaq mümkün olacaq. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !