"İraqın təhlükəsizliyi Türkiyə üçün həyati məsələdir" - Davudoğlu

19:31 | 21.11.2014
"İraqın təhlükəsizliyi Türkiyə üçün həyati məsələdir" - Davudoğlu

"İraqın təhlükəsizliyi Türkiyə üçün həyati məsələdir" - Davudoğlu

İraqda səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu Bağdaddan sonra Ərbilə səfər edib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Davudoğlu, İraq Kürd Regional Birliyinin Başçısı Məsud Bərzani ilə görüşüb. Davudoğlu kürd bölgəsinin təhlükəsizliyinin Türkiyə üçün ən prioritet mövzu olduğunu söyləyib."Bir müddət əvvəl bombalı hücumlarda dünyasını dəyişən bacı-qardaşlarımız üçün başsağlığı diləyirəm. Bu hücum göstərdi ki, təhlükəsizlik və sabitlik hələ İraqdakı ən əhəmiyyətli mövzudur. Baş nazir olaraq İraqa etdiyim bu ziyarətdən son dərəcə məmnunam. İŞİD-in hücumları nəticəsində 2 milyona yaxın insan yurd-yuvasından oldu. Suriya və İraqdan gələn 2 milyona yaxın bacı-qardaşımızın dərdinə şərikik edirik. Bu məsələdə hər zaman İraqın yanındayıq. İraqın təhükəsizliyi bizim üçün həyati məsələdir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM