"İşgüzar dairə" stereotipləri dağıtmağa gəlir

15:26 | 17.02.2014
"İşgüzar dairə" stereotipləri dağıtmağa gəlir

"İşgüzar dairə" stereotipləri dağıtmağa gəlir

Bu günlərdə oxuculara yeni jurnal - "İşgüzar dairə" təqdim olunacaq. ANN.Az xəbər verir ki, jurnalın baş redaktoru Kəmalə Cahidqızıdır və dərginin ayda 1 dəfə işıq üzü görməsi nəzərdə tutulub.K.Cahidqızının açıqlamasın görə, “İşgüzar dairə” jurnalı heç kəs üçün qapalı olmayan və ən əsası dairəsini genişləndirmək istəyənlərin seçimi olacaq: "İşgüzar dairə"ni getdikcə böyüyən, genişlənən dairəyə çevirmək istəyirik. "İşgüzar dairə" məhz məchulluqları aydınlatmaq, aydın olmayan məsələlərə, suallara cavab tapmaq məqsədi güdür". Baş redaktor qədim yunan fəlsəfəsindən nümunə çəkib: “Bir gün qədim yunan filosofu Anaksimen öz şagirdi ilə çəmənlikdı gəzişərkən şagirdi ondan soruşur: "Ustad, nə üçün siz tez-tez şübhə və tərəddüdlərə qapılırsınız? Axı, siz uzun bir həyat yaşamısınız, müdriklərdən təlim almısınız? Doğrudanmı, sizin üçün hələ də hansısa anlaşılmaz məsələlər qalıb?" Anaksimen çəliyi ilə yerdə iki dairə çəkir: biri böyük, biri kiçik. Daha sonra üzünü şagirdinə çevirib izah edir: "Sənin biliklərin bu kiçik dairədir, mənimki isə böyük. Bu dairədən kənarda qalan nə varsa, məchulluqdur, kiçik dairə məchulluqla az təmasdadır. Sənin biliyinin dairəsi böyüdükcə onun məchulluqla sərhədi bir o qədər çox genişlənir. Deməli, gələcəkdə nə qədər çox yeni şey öyrənsən, bir o qədər də aydın olmayan məsələlər, suallar ortaya çıxacaq”. K.Cahidqızı hansısa iddialarla gəlmədiklərini, heç nəyə söz vermədiklərini vurğulayır: "Sadəcə bütün gücümüzü, enerjimizi sərf elədiyimiz bu 68 səhifəni oxucularımıza təqdim edirik. Amma əminik ki, oxuyandan sonra "İşgüzar dairə"nin informasiya bolluğu, sosial həyatımızın, demək olar ki, bütün sahələrini əhatə etməsi baxımından, mövzu rəngarəngliyi baxımından  fərqli bir jurnal olduğunu görəcəksiniz. Əgər elə ilk səhifələrindən sonra oxucu jurnalı vərəqləməyə yox, oxuyub çevirməyə başlasa, demək zəhmətimiz hədər getməyib...!"Baş redaktorun sözlərinə görə, "İşgüzar dairə" çoxlarının "artıq çap mediasına ehtiyac qalmayıb", "elektron KİV-in inkişafı çap mediasının yayım dairəsini məhdudlaşdırıb", "Azərbaycanda internet-media az qala dəbə çevrilib" dediyi bir dövrdə dövriyyəyə çıxır: "İşimiz çətin olacaq. Görək stereotipləri dağıda bilirikmi?..."ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti