ABC kanalına müsahibə verən ABŞ Baş qərargah rəisi Martin Dempsey İŞİD yaraqlılarının İraqın paytaxtı Bağdadın 25 kilometr yaxınına qədər irəlilədiyini açıqlayıb. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İraqın qərbindəki sünni əhalisinin sıx yaşadığı vilayətləri ələ keçirən və şimalda kürd rəhbərliyini təhdid edən cihadçı İŞİD İraqın paytaxtı Bağdada çox yaxınlaşıb. ABC xəbər kanalının "This Week" adlı proqramına müsahibə verən ABŞ Baş qərargah rəisi Martin Dempsey bildirib ki, İŞİD Bağdad aeroportunu hədəf alıb. Martin - "Onlar aeroportun 20-25 kilometr yaxınlığına qədər gəliblər və əgər İraq silahlı ordusu onların qarşısını kəsə bilməsə, aeroportu ələ keçirəcəklər. Amma bizim o aeroporta ehtiyacımız var, bu halın baş verməsinə icazə verə bilmərik" - deyib. Dempsey - "Onları divara dırmanana qədər gözləyə bilmərik" ifadəsini işlədib və "Heç bir şübhə yoxdur ki, yaxın gələcəkdə onlar birbaşa Bağdada atəş açacaqlar" - əlavə edib. Baş Qərargah rəisi İraq və Suriyada həyata keçirilən hərbi əməliyyatların hədəfinin İŞİD olduğunu bildirib: "Əsəb bizim hədəfimiz deyil".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !