"İŞİD-in tabeçiliyindəki terrorçu qruplar yoxdan var olmayıb"

21:02 | 21.11.2014
"İŞİD-in tabeçiliyindəki terrorçu qruplar yoxdan var olmayıb"

"İŞİD-in tabeçiliyindəki terrorçu qruplar yoxdan var olmayıb"

Suriyanın dövlət başçısı Bəşər Əsəd “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının məhv edilməsi üçün beynəlxalq əməkdaşlığın vacib şərt olduğunu söyləyib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, partiyası BƏƏS-in Dəməşqdə keçirilən yığıncağında danışan Əsəd deyib: “Bölgəmiz həlledici bir dövrdən keçir. Bunun nəticəsini müəyyən edəcək ən əhəmiyyətli faktor da gerçək və səmimi bir beynəlxalq əməkdaşlığın olub-olmayacağıdır”.

Suriya liderinin fikrincə, İŞİD-in tabeçiliyindəki terrorçu qruplar yoxdan var olmayıb: “Suriyaya qarşı savaş açanların səhvi və təcavüzkar siyasətlərinin meyvəsi olaraq doğulub”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM