Rusiyanın keçmiş kəşfiyyatçısı, təqaüdçü general Nikolay Puşkaryov Çeçenistan lideri Ramzan Kadırovun İŞİD lideri Əbubəkr əl Bağdadini ələ keçirib zərərsizləşdirə biləcəyini deyib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Kadırova böyük hörmət bəslədiyini ifadə edən Puşkaryov "Əgər Kadırov və qrupu istəsə, İŞİD liderini ələ keçirərək məhv edə bilər. Bu təşkilatı Qərb kəşfiyyat qrupları yönləndirir. Radikal qruplar İslamdan istifadə edərək bəzi ölkələrdə siyasi qeyri-sabitlik yaratmaq istəyir. Bu hadisələr yaxşı nəticələr vəd etmir. Onlar ABŞ-a da hücum edəcəklər. Rusiyanın bu hadisələrə birbaşa müdaxiləsi olmamalıdır. Rusiyada yaşayan milyonlarla müsəlmanı nəzərə alsaq, bu gözlənilməz hadisələrə səbəb ola bilər", deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !