"Kafir" blogger edam oluna bilər

20:26 | 26.12.2013
"Kafir" blogger edam oluna bilər

"Kafir" blogger edam oluna bilər

Səudiyyə Ərəbistanında bloger edam oluna bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ciddə şəhərinin məhkəməsi ölkədə məşhur olan bloger Raif Bədəvinin işinə baxaraq onu 7 il müddətinə azadlıq məhrum edib. Amma, sonradan hökm yuxarı instansiya məhkəməsinə göndərilib və fəal bloger “kafirlikdə” ittiham edilib. “Kafirlik” krallıqda cinayət sayılır və onlara edam hökmü oxunur. Raif Bədəvi 1 ildən artıqdır ki, həbsdədir. O, 2012-ci ildə İslamı təhqir etməkdə və kafirlikdə ittiham olunaraq həbs edilib. Həbsin səbəbi isə, blogerin “Liberal şəbəkə” adlı sayt yaratması və televiziyada verdiyi cəsarətli bəyanatları olub.İyulda məhkəmə Bədəvinin üzərindən kafirlik ittihamını götürərək, İslamı təhqir etdiyinə görə onun 7 illik cəzası bərpa edilib. Əlavə olaraq isə 600 şallaq cəzasına məhkum edilib. Bədəvinin vəkili apelyasiyaya müraciət edib. İş yenidən baxılması üçün göndərilib. Bədəvinin həyat yoldaşı və uşaqları Livanda gizlənməyə məcbur olub. Hadisə, ABŞ və beynəlxalq hüquq-mühafizə təşkilatlarının narazılığına səbəb olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM