"Killer sifarişi" saytı bağlandı

14:43 | 07.12.2013
"Killer sifarişi" saytı bağlandı

"Killer sifarişi" saytı bağlandı

Rusiyada killer xidmətləri təklif edən sayt bağlanıb. ANS PRESS-in “komsomolskaya pravda”ya istinadən verdiyi məlumata görə, hələ 2013-cü ilin fevral ayında qeydiyyatdan keçən saytın bağlanması ilə bağlı Rusiya Federsiyası İnformasiya siyasəti komissiyasının sədri Ruslan Qattarov Rusiya Daxili İşlər Nazirliyinə müraciət edib. Saytın reklamında çox qısa zaman ərzində keyfiyyətli sui-qəsd hazırladığı, istənilən ərazidə, istənilən rütbədə, istənilən vəzifədə olan adama qarşı killer xidmətləri göstərə bilinəcəyi deyilirdi. Sayt anonim xidmətlər göstərən Çin şirkəti kimi qeydiyyatdan keçib. Bu saytın fəaliyyətinin Rusiya qanunvericiliyinə zidd olduğu bildirilir. Sayt barəsində cinayət işi açılıb və adminstratorları istintaqa ifadə veriblər. Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti