• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

"Kombayn tələbatını ödəmək üçün prezident 15,5 milyon manat ayırıb" - Yeni nazir

"Kombayn tələbatını ödəmək üçün prezident 15,5 milyon manat ayırıb" - Yeni nazir
21.11.2013 11:08
“Torpaqların əkilib-becərilməsində problemlər yoxdur. Sadəcə olaraq müəyyən qədər texnika çatışmazlığı var ki, bunun həlli istiqamətində işlər aparılır”. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Publika.Az –a açıqlamasında deyib. Nazir bildirib ki, texnika probleminin həlli üçün artıq gündə ən azı 6-8 traktor verilir: “Bununla bağlı təlabatı yaxın zamanlarda ödəyəcəyik. Taxıl biçimi üçün kombayna olan tələbatı ödəmək üçün cənab Prezident ehtiyat fonundan 15,5 milyon manat vəsait ayırıb. Bundan başqa, Yaponiyanın qrantı hesabına 25 kombayn da almağı planlaşdırırıq. Yaxın zamanlarda başqa tədbirlərimiz olacaq. Problemlərin həlli üçün digər maliyyə mexanizmlərini də tətbiq edəcəyik”. H. Əsədov qeyd edib ki, növbəti ildə belə problemlərin yaranmaması üçün bütün qüvvə ilə çalışacaqlar. Nazir kəndlinin öz məhsulu istehsal edib sata bilməməsi probleminə də toxunub. Onun sözlərinə görə, məhsulu istehsal edən adam onu satmaq üçün bazarı da əvvəlcədən bilməlidir.

“Hesab edirəm ki, yanaşma da bir qədər dəyişməlidir. Dövlət hər adamın məhsulunu gedib qapıdan almır. Məhsulu istehsal edən onun bazarını da bilməlidir. Dövlət də öz tərəfindən stimullaşdırıcı tədbirlər görür”-deyə nazir diqqətə çatdırıb.

H. Əsədov vurğulayıb ki, kənd təsərrüfatının inkişafı üçün gələcək planlarında qlobal tədbirlər nəzərdə tutulub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl yenidən bahalaşıb
İqtisadiyyat 20:17
Qızıl yenidən bahalaşıb

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
İqtisadiyyat 14:13
Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
Yelo Bank neyromüxtəlifliyi olan gənclərin məşğulluğuna dəstək məqsədilə tədbir keçirib
İqtisadiyyat 14:06
Yelo Bank neyromüxtəlifliyi olan gənclərin məşğulluğuna dəstək məqsədilə tədbir keçirib
Qızılın qiyməti 3 400 dolları ötüb
İqtisadiyyat 12:33
Qızılın qiyməti 3 400 dolları ötüb
Məmməd Abbasbəyli nazirin müşaviri vəzifəsini icra edəcək
İqtisadiyyat 11:28
Məmməd Abbasbəyli nazirin müşaviri vəzifəsini icra edəcək
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - Məzənnə
Çin Rusiyadan neft idxalını azaldır
İqtisadiyyat 12:35
Çin Rusiyadan neft idxalını azaldır
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib
İqtisadiyyat 11:30
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib
Yelo Bank alış-veriş festivalı davam edir!
İqtisadiyyat 16:43
Yelo Bank alış-veriş festivalı davam edir!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol