“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov azadlığa çıxıb.
Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev yayıb. “Media forum” saytının məlumatına görə, Oqtay Gülalıyev “Facebook” səhifəsində belə xəbər paylaşıb: “Qanunsuz həbsdə olan “Kür” fəalı, hüquq müdafiəçisi İlham Əmiraslanov həbsdən azad olunub. Həbsdə olan digər dostlarımızın, ictimai-siyasi fəalların, jurnalistlərin, gənclərin, hüquq müdafiəçilərinin də tezliklə azadlığa çıxmasını arzu edirik. İnşallah, belə də olacaq”.
İlham Əmiraslanov 2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin həll olunması, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib. 2012-ci il iyunun 8-də tutulmuşdu. Qanunsuz silah saxlamada təqsirli bilinən İlham Əmiraslanov 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !