"Kukla" artda yeni il kolleksiyasının təqdimatı olub

23:26 | 20.12.2013
"Kukla" artda yeni il kolleksiyasının təqdimatı olub

"Kukla" artda yeni il kolleksiyasının təqdimatı olub

“Kukla” art qalereyasında yeni il kolleksiyasının təqdimatı olub.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Kolleksiyada on ölkəni təmsil edən bədii kukla ustalarının əsərləri nümayiş olunub. “Kukla” art qalereyasının direktoru Liana Vəzirova  bildirib ki, yeni layihə Muzey Mərkəzi ilə birgə həyata keçirilib: “Bu gün həm yerli, həm də əcnəbi sənətkarların əsərləri sərgilənir. Azərbaycandan Mehriban Əfəndiyeva, Sara Manafova və başqalarının əsərləri ilə tanış olmaq mümkündür. Həmçinin Belarusdan Qalina Dmitrukun, İtaliyadan Katerina Veştak-Andreone və başqarının əl işləri yer alıb”.

 

Qeyd edək ki, bu ildən fəaliyyətə başlayan və Cənubi Qafqazda ilk “Kukla” art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM