"Kurtlar Vadisi" Azərbaycanda qan tökdü - VİDEO

10:21 | 13.12.2013
"Kurtlar Vadisi" Azərbaycanda qan tökdü - VİDEO

"Kurtlar Vadisi" Azərbaycanda qan tökdü - VİDEO

Türkiyənin məhşur Kurtlar Vadisi Pusu teleserialının 207-ci seriasının bir hissəsi Azərbaycanla bağlı çəkilib.Qaynar.info xəbər verir ki, filmdə Türkiyənin "dərin dövləti" kimi tanınan şəxslərdən birinin Azərbaycanda yaşaması qeyd olunub. Həmin şəxs filmdə "Tapınaqçı"lar kimi tanınan qurum tərəfindən Azərbaycanda atışma nəticəsində öldürülür.Öldürülən heyət üzvü atışmadan əvvəl öz köməkçisi ilə Azərbaycanın ən strateji layihələrindən olan Tanap layihəsi haqqında söhbət edir.Filmin Azərbaycanla bağlı olan hissəsində öldürülən şəxsin Türkiyənin Azərbaycandakı səfirliyi ilə görüşməsi nəzərdə tutulduğunu, lakin təhlükəyə görə görüşün təxirə salındığı bildirilir.Kinoda "Azərbaycanlı heyət üyəsi" kimi tanınan şəxsin Azərbaycanda yaşadığı və hadisənin Azərbaycanda baş verdiyi deyilir. Kadrların Azərbaycanda çəkilib, çəkilmədiyi isə dəqiq bilinmir.ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM