"LG G3" modeli 10 milyon ədəd satılaraq rekord qırıb

21:49 | 27.08.2014
"LG G3" modeli 10 milyon ədəd satılaraq rekord qırıb

"LG G3" modeli 10 milyon ədəd satılaraq rekord qırıb

"LG" şirkətinin tarixində ilk dəfə olaraq,  bir model 10 milyon ədəd satılıb.  6 aydan az bir müddətdir ki,  dünya bazarına təqdim edilən "LG G3" modelinin 10 milyon ədəd satıldığı rəsmi olaraq açıqlanıb. Bundan əlavə,  2014-cü ilin ikinci yarısında, "LG" şirkəti 14.5 milyon ədəd model satıb ki,  bununda 10 milyonu "LG G3" modelidir.  Tarixində ilk dəfə olaraq,  yeganə model ilə,  10 milyon ədəd satılan "LG" modeli, satış rekordu qırıb.  "LG" şirkətinin rəsmilərinə sözlərinə görə,  satışların bu qədər yaxşı gedəcəyini heç praqnozlaşdırmamışdılar.  Modelin gələcək aylarda daha çox satılacağı da,  praqnozlaşdırılır.  Qeyd edək ki,  "LG G3" modeli Avropa bazarlarında 629 dollara satılmaqdadır.  (Texnokulis)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM