Venesuela prezidenti bəyan edib ki, ölkəsində bakterioloji müharibə gedir.
ANN.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, Maduro bildirib ki, müxalifət Venesuelada qarışıqlıq yaratmaq üçün naməlum virusdan istifadə edir.
"Yoldaşlar, vətəndaşlar, beynəlxalq müharibə gedir. Müharibəni başladanlar Venesuelanı döz çökdürmək istəyənlərdir".
Siyasətçi müharibənin elementlərinin bakterioloji, psixoloji və iqtisadi olduğunu bildirib.
"Ancaq yox, Venesuela bütün sahələrdə güclü qalacaq", - Maduro deyib.
Qeyd edilir ki, prezident Venesuelanı defolt olduğunu bəyan etməyə çağıran Harvard professorunu təhdid edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !