"Çılpaq selfi çəkən məşhurlar axmaqdır" - Qalmaqal

11:05 | 03.10.2014
"Çılpaq selfi çəkən məşhurlar axmaqdır" - Qalmaqal

"Çılpaq selfi çəkən məşhurlar axmaqdır" - Qalmaqal

Avropa Birliyinin rəqəmsal cəmiyyət və iqtisadiyyat üzrə məsul  nümayəndəsi nümayəndəsi Günter Oettinger, çılpaq selfiləri mətbuata sızan məşhurların axmaq olduqlarını söyləyib. 

ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, işlətdiyi ifadələrə görə çox tənqid olunan Oettinger üzr istəməyəcəyini bildirib. 

 

Ötən bazar ertəsi Brüsseldəki bir toplantıda çıxış edən AB rəsmisi çılpaq fotoşəkilləri mətbuata sızan və arasında Rihanna ilə Cenifer Lourensin da olduğu 80 məşhur qadın haqqında danışıb.

Çıxışına başlamadan əvvəl "yarı-ciddi" olduğunu ifadə edən Oettinger, "Əgər məşhur bir adam çılpaq fotoşəkillərini internetdə qoruya bilməyəcək qədər axmaqdırsa, onda bizim də onları qorumağımızı gözləməsin. İnsanları  bir yerə  qədər qoruya bilərik" deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM