"Lukoil" bu ölkədən gedir

14:04 | 31.07.2014
"Lukoil" bu ölkədən gedir

"Lukoil" bu ölkədən gedir

"Lukoil" şirkəti Ukraynadakı yanacaq doldurma məntəqləri (YDM) şəbəkəsini satır.

ANS PRESS-in məlumatına görə, şirkət YDM-ləri Avstriyanın "AMIC Energy" şirkətinə satmaq barədə razılığa gəlib. Şirkətin yaydığı məlumatda danışıqların səhmlərinin əldə edilməsində marağlı olan Avstriya tərəfinin təşəbbüsü ilə aparıldığı bildirilib:""Lukoyl" bu saziş hesabına Şərqi Avropada satış şəbəkələrini optimallaşdırmaq niyyətindədir. Bu razılaşma neft məhsullarının satışı sahəsində bizim biznesimizin təsirliliyin artması üçün böyük əhəmiyyətə malikdir",-deyə yayılan rəsmi məlumatda deyilir.Bu sövdələşmədən "Lukoil" şirkətinin 250 milyon dollar əldə edəcəyi güman edilir. Tərəflər arasında tam razılıq əldə edildikdən sonra satışın hansı məbləğə reallaşacağı bəlli olacaq."Lukoil"un hazırda Ukraynada 240 yanacaqdoldurma stansiyası və 6 neft bazası var.Qeyd edək ki, "Lukoil" iyun ayında Krımda olan YDM-lərini də satıb. Şirkət bu satışın kiçik və orta biznesin inkişafı üçün edildiyi açıqlayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb