"Mançester Siti" ciddi itki ilə üzləşdi

13:29 | 16.12.2013
"Mançester Siti" ciddi itki ilə üzləşdi

"Mançester Siti" ciddi itki ilə üzləşdi

"Mançester Siti"nin aparıcı futbolçularından olan Serxio Aquero 6 həftəlik sıradan çıxıb.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna hücumçunun Premyer Liqada "Arsenal"la matçda (6:3) zədələnməsi səbəb olub.Sözügedən qarşılaşmanın 47-ci dəqiqəsində argetinalı futbolçu oyunu tərk etmək məcburiyyərində qalmışdı. Klubun baş məşqçisi Manuel Pelleqrini futbolçusunun durumunun ciddi olduğunu açıqlayıb.Qeyd edək ki, S.Aquero bu mövsüm forma geyindiyi 20 qarşılaşmada 19 qol vurub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM