"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turana təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Bu mövsüm yarımmüdafiə xəttində ciddi sıxıntı yaşayan Mançester təmsilçisi yaranmış boşluğu məhz Arda ilə doldurmaq niyyətindədir. Bu məqsədlə "qırmızı şeytanlar" "Atletiko"ya 27 milyon avro təklif ediblər. Madrid klubu hələlik bu təklifə münasibətini açıqlamayıb. Lakin Ardanın İngiltərə Premyer Liqasında oynamaq istədiyi bildirilir.
Qeyd edək ki, Arda ilə "Liverpul" və "Milan" klubları da yaxından maraqlanır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !