İngiltərənin "Mançester Yunayted" klubu mövsümün sonunda ən azı 10 futbolçu ilə yolları ayıracaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, oyunçular müxtəlif səbəblərdən komandadan göndəriləcək.
Rafael və Fabio Silva qardaşları, müqaviləsi başa çatan Rio Ferdinand, Nemanya Vidiç,Patrik Evra və Federiko Maçeda bu siyahıda yer alıb. Bundan başqa, baş məşqçi Devid Moyes Xavyer Hernandez və Aleksander Byuttneri də komandasında görməyi düşünmür. "MY"dan ayrılacağı gözlənilən son futbolçu isə mövsümün sonun karyerasının başa vuracağı istisna edilməyən Rayan Giggzdir.
Qeyd edək ki, "MY"dan gedəcək onuncu oyunçunun adı hələlik məlum deyil.
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !