Hava çox soyuq olsa da, uşaqlarla məşq etmək və futbol oynamaqdan zövq aldım”. Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in əfsanəvi futbolçusu Endi Koul deyib.Ölkəmizə AFFA ilə əməkdaşlıq çərçivəsində baş tutan layihənin iştirakçısı kimi qatılan Koul vaxtilə “qırmızı şeytanlar”da tandem təşkil etdiyi Duayt Yorkun Bakı səfərindən ağızdolusu danışdığını bildirib:“York paytaxtınızın gözəl olduğunu bildirmişdi. Gəldim, gördüm ki, deyildiyi kimi varmış. O, futbolun ölkənizdə inkişaf etdiyini söylədi. York mənə burada veteranların oyununda iştirak etdiyini də demişdi. Mənə də belə bir təklif gələrsə, məmnuniyyətlə belə bir görüşdə meydana çıxmaq istərdim”. 42 yaşlı veteran yığmamızın oyunları və AFFA ilə əməkdaşlıqdan da danışıb:“Milli komandanızın son nəticələri ilə tanışam. Elə burada olduğum qısa müddətdə bu haqda söhbətimiz olub. Bilirəm ki, Rusiya ilə oyunda heç-heçə etmisiniz, Şimali İrlandiyaya isə qalib gəlmisiniz. AFFA ilə əməkdaşlıq haqqında isə heç bir söhbətimiz olmayıb”.Qeyd edək ki, Endi Koul dekabrın 4-dən 5-nə keçən gecə İngiltərəyə qayıdacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !