Türkiyə millisinin keçmiş futbolçusu və hazırda məşqçi kimi çalışan Nihat Qəhvəci "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançini tənqid edib.
Qol.Az-ın məlumatına görə, o, İstanbul klubunun Çempionlar Liqasında "Real"a (Madrid) məğlub (1:4) olmasının ardından twitter hesabından bu sözləri yazib: "Mançini baş məşqçidirsə, mən də Joze Mourinyoyam. Böyük "Qalatasaray" indi nə vəziyyətə düşüb".
N.Qəhvəci klubun keçmiş baş məşqçisi Fatih Terimin "Cim-bom"da böyük işlər gördüyünü bildirib: "Terim əsl baş məşqçidir. Komandanı o qurub. Mançini isə "Qalatasaray"a heç nə verməyib".
Onun sözlərinə görə, İstanbul klubunun Terimin başçılığı ilə oynadığı ilk matç dünənkindən daha yaxşı idi: "On nəfərlə qalan və Kriştiano Ronaldosuz olan "Real"a qalib gələ bilmədilər. 1:6 hesabı ilə məğlub olduğumuz oyun bundan daha yaxşı idi".
Qol.az