"McDonald's" korporasiyası ilk dəfə olaraq çəkiliş qrupuna qida müəssisələrindən birinə baş çəkməyə icazə verib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, məqsəd korporasiyanın məhsullarını nədən hazırladığını göstərmək olub.ABC telekanalının jurnalistləri Kaliforniya ştatındakı müəssisələrdən birinin ət emalı şöbəsində olublar. Jurnalistlərə məlumat verilib ki, buterbrodlar üçün kotletlər yağlı və yağsız olur. Korporasiya əməkdaşları əmin ediblər ki, hamburqerlər üçün istifadə olunan ətə heç vaxt qurd düşməyib.Bununla belə, onlar etiraf ediblər ki, kotlet istehsalı üçün istifadə edilən ətlərə hormon verilir: "Bu, boy artımı üçün ABŞ fermerləri arasında standart təcrübədir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !