"Memar Əcəmi-2" stansiyasının 17 eskalatoru olacaq

13:15 | 23.01.2014
"Memar Əcəmi-2" stansiyasının 17 eskalatoru olacaq

"Memar Əcəmi-2" stansiyasının 17 eskalatoru olacaq

Bakı Metropoliteninin bu il istismara veriləcək yeni Bənövşəyi xəttində «Avtovağzal» stansiyasının ardınca şərti adı «Memar Əcəmi-2» (B-02) stansiyanın da inşaatında mühüm işlərə başlanılıb. Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, burada da eskalatorların quraşdırılması üzrə işlərə keçilib. Stansiyada «Thyssen Krupp» (Almaniya) şirkətinin «Tugela» tipli eskalatorları quraşdırılacaq.Tezliklə «Memar Əcəmi-2» stansiyasında qeyd edilən avadanlıqların quraşdırılması və ardınca sazlamasını icra edən Türkiyənin «Nanə Qrup» şirkətinin mütəxəssis heyəti metropolitenin eskalator distansiyasının da iştirakı və nəzarəti ilə əsas işlərə başlayacaq.Sahəyə metropolitenin nəzarətçisi təyin edilmiş tikilən metropoliten müdiriyyətinin elektromexanika avadanlıqları üzrə aparıcı müfəttişi Samir Balcanov qeyd edib ki, «Avtovağzal»da işlər yekunlaşmaq üzrə olduğundan artıq qrupun bir neçə işçisi «Memar Əcəmi-2» stansiyasına təhkim edilib. Onlar burada hazırlıq tədbirlərini yerinə yetirirlər. Tezliklə son tamamlama üçün «Avtovağzal»da 2-3 nəfərdən ibarət kiçik bir qrup saxlanılmaqla əsas qüvvə yeni obyektə yönəldiləcək.Qeyd edək ki, «Memar Əcəmi-2» stansiyasında 17 eskalator, 4 lift quraşdırılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb