"Mersedes" "Park İNN" otelinə girdi – VİDEO

23:55 | 19.09.2014
"Mersedes" "Park İNN" otelinə girdi – VİDEO

"Mersedes" "Park İNN" otelinə girdi – VİDEO

Bakıda sürücünün kobud qayda pozuntusuna yol verməsi, ən başlıcası da sürət həddini aşması ağır qəzaya səbəb olub. Avtosfer.az-ın təqdim etdiyi bu görüntülər Bakının Səbail rayonu ərazisində - Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində çəkilib.Neftçilər prospektində yüksək sürətlə hərəkət edən «Mersdes» markalı minik avtomobili Rəşid Behbudov küçəsinə dönərkən sükanı yığışdıra bilməyib və qəza törədib.Qəza nəticəsində daha 3 avtomobil əzilib. Qəzanı törədən «Mersedes» isə səkiyə çıxaraq «Park İNN» otelinin divarına çırpılıb.

Avtosfer.az saytı DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM