Fransanın U-21 yığmasının baş məşqçisi Villi Saqnol Lionel Messini tənqid edib. Fanat.az xəbər verir ki, fransalı mütəxəssis "Barselona"lı futbolçunun "Atletiko" ilə Çempionlar Liqasının cavab matçında bərbad oyun sərgilədiyini bildirib.Saqnol "Barselona"nın 0:1 hesabı ilə yenildiyi matçda cəmi 6,8 km məsafə qət edən argentinalının yeganə qolu vuran Kokenin yarısı qədər, qapıçı Jose Pintodan cəmi 1,4 km artıq qaçdığını deyib: "Messi insanları axmaq yerinə qoydu. Matç boyu meydanda gəzdi. Oyuna lazım olan qədər önəm verməyərək azarkeşlərə hörmətsizlik etdi".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !