"Metroservis" abunə kampaniyasına başladı

14:56 | 16.12.2013
"Metroservis" abunə kampaniyasına başladı

"Metroservis" abunə kampaniyasına başladı

"Metroservis" mətbuat yayımı firması abunə kampaniyasına başlayıb.Firmadan qəzetlərə göndərilən elanda bildirilir ki, qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu bu firmanın xidmətlərindən yararlanmaqdır: "Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!"Firma xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq,həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sifarişlər qəbul edir.Qeyd edək ki, noyabr ayının əvvəlində "Metroservis" firması metrostansiyaların tunelində qəzet-kitab satmaq imkanından məhrum edilib. Buna baxmayaraq, firma fəaliyyətini davam etdirir və metrodan başqa digər məkanlarda parakəndə qəzet-kitab satışını həyata keçirir. Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM