Diqqət! İyunun 21-də Bakıda əsrarəngiz CRYSTAL HALL-da baş tutacaq "Miss Globe International" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib. May ayının 16, 17, və 18-i "Kempinski" hotelinin 6-cı mərtəbəsində yerləşən "Possedion" restoranında sənədlərin qəbulu aparılacaq.
Dünyaca məşhur müsabiqənin 89-cu finalında iştirak etmək üçün "Miss Globe Azerbaijan" yarışmasının ilk seçim turuna gözəlliyinə və intellektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilərlər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə "Kempinski" hotelinin 6-cı mərtəbəsində yerləşən "Possedion" restoranındakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq gərəkdir.
25.05.2014 tarixində isə nüfuzlu münsiflərin seçimi ilə "Miss Globe International-Azərbaycan" adına layiq görüləcək iştirakçının adı məlum olacaq.
Özünə inan! Bəlkə də Sən Azərbaycanı "Miss Globe International" Beynəlxalq Gözəllik Yarışmasında təmsil edəcəksən!
Ətraflı məlumat üçün: (012) 480 44 81
Qeyd edək ki, "Miss Globe Azerbaijan" Gözəllik Yarışması "MERAC production" və SIGNS ART ADVENTURE şirkətinin təşkilatçılığı və dünyanın diqqətini Azərbaycana yönəltmiş "Xəzər Adaları"nın (Khazar Islands) BAŞ SPONSORluğu ilə baş tutacaq.
ANN.Az