Onların sözlərinə görə, əsas ziyan birinci mərtəbədə yerləşən eskalatorun yanındakı mağazalara dəyib. Belə ki, yanğın məhz burdan başlayıb. "Biz qızıl-zinət əşyalarını dünən axşam seyflərə yığıb getmişdik. Alov seyfdəki qızılları əridib. Demək olar ki, heç nə ələ gəlməyib".
Satıcıların sözlərinə görə, onlara minlərlə manat dəyərində ziyan dəyib.ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !