"Moskva" univermağındakı yanğına nə səbəb olub? - FOTO

10:34 | 14.03.2014
"Moskva" univermağındakı yanğına nə səbəb olub? - FOTO

"Moskva" univermağındakı yanğına nə səbəb olub? - FOTO

Bu gün səhər saatlarında "Moskva" univermağında başlayan yanğına səbəbeskalator olub.

ANS PRESS-in hadisə yerindəki müxbirinin verdiyiməlumata görə, yanğın hadisəsi ticarət mərkəzinin 1-ci mərtəbəsindəkieskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakımağazaları da əhatə edib.

ANS PRESS-in verdiyi digər xəbərə görə, hazırda "Moskva" univermağındakı yanğından sonra ticarət mərkəzinin satıcıları binanın qarşısına toplaşıblar. Hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, hələlik heç kim binaya buraxılmır.

Yanğının əsasən ticarət mərkəzinin gəlinliklər satılan mağazalarını əhatə etdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb. Əlavə məlumat veriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb