İrlandiya yığma komandasının və "Mançester Yunayted" futbol klubunun keçmiş əfsanəvi futbolçusu Roy Kin yazdığı "İkinci Hissə" (Second half) kitabıyla gündəmdədir.
ANN.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, Roy Kin kitabında Joze Mourinyonu da sərt şəkildə tənqid edib. "Aston Villa"da baş məşqçinin köməkçisi vəzifəsində işləyən Roy Kin həmin oyunla bağlı epizodu xatırladıb. Qarşılaşmada rəqini 3-0 hesabıyla məğlub edən "Çelsi"nin çalışdırıcısı Mourinyo oyun bitmədən stadionu tərk edib və Roy Kinin yanına gələrək onun çiyninə təsəlli üçün vurub.
Buna görə də Mourinyonu hörmətsiz adam adlandıran irland belə deyib: "Mourinyonun ağıl oyunları vecimə deyil. Oyun davam edirdi və hörmətsizlik elədi. O, tərbiyəsiz adamdı, ona vurmadığım üçün şükr eləməlidi. Bir məşqçinin digər məşqçilərə belə şey eləməsi qəbuledilməzdi".
ANN.Az