"Müxalifət də ölkənin taleyinə görə məsuliyyət daşıyır" - MÜSAHİBƏ

11:41 | 13.06.2014
"Müxalifət də ölkənin taleyinə görə məsuliyyət daşıyır" - MÜSAHİBƏ

"Müxalifət də ölkənin taleyinə görə məsuliyyət daşıyır" - MÜSAHİBƏ

Yaşar Cəfərov: “Daxili siyasətdə Qarabağ problemi xalqın öz ağır sosial durumuna dözümlü münasibətini təmin etmək üçün lazımdır, xarici siyasətdə isə Qarabağ amili demokratik dəyişikliklərin ölkədə yoxluğunu əsaslandırmaq üçün istifadə olunur.”Ukrayna böhranı Azərbaycana təsirsiz ötüşmədi. Rusiyanın Krıma münasibətində Azərbaycanın sərgilədiyi mövqe, Rusiya-Azərbaycan əlaqələrinə təsir etməyə bilməzdi. Azərbaycan Regional və Strateji Tədqiqatlar İnstitutunun direktoru Yaşar Cəfərovla müsahibəmiz də məhz bu mövzudadır:-  Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?- Rusiya və Azərbaycan arasında münasibətlərdə görünən və görünməyən tərəflər var. Münasibətlərin görünən tərəfi hökumət dairələri tərəfindən üç istiqamətdə təbliğ edilir.Birinci - birmənalı müsbət istiqamətdə işıqlandırılır. Burada hökumət təbliğatı o istiqamətdə aparılır ki, iki müstəqil qonşu dövlət arasında normal münasibətlər var və bu münasibətlər hər iki tərəfi qane edir. İddia edirlər ki, iqtisadi, hərbi-texniki və mədəni münasibətlər çox yüksək səviyyədədir və inkişaf edir. Siyasi münasibətlərdə də problem yoxdur. Biz MDB-də birlikdəyik, beynəlxalq münasibətlərdə iki ölkənin mövqeləri uyğun gəlir.İkinci istiqamət hökümət dairələri tərəfindən balanslaşdırılmış siyasət kimi təqdim edilir: "Bizimlə Rusiya arasında çoxəsirlik mehriban münasibətlər, ümumi tarix və mədəni dəyərlərimiz var. Amma Qarabağ münaqişəsinin nizamlanmasında və Xəzərin dibinin bölünməsində Rusiyaya olan ümidlərimiz özünü doğrultmadı. Rusiyanın erməniyönümlü və farsyönümlü qüvvələri Azərbaycana qarşı mövqe sərgiləməkdən qalmırlar. Biz qonşularımıza qarşı münasibətdə bunu nəzərə almalıyıq. Və buna görə KTMT-da iştirak etməyi arzu etmirik və Rusiyanın təzyiqini neytrallaşdırmaq üçün Çinlə, Qərblə və İsraillə yaxşı münasibətlər saxlamağa məcburuq".Üçüncüsü - hökumət özünü Rusiyadan daimi təzyiq hiss edən ölkə kimi Qərbə göstərir. Yəni, Qərbin kifayət qədər dəstəyini almadıqda, Azərbaycan rusların tələblərini nəzərə almağa məcburdur.Maraqlıdır ki, Rusiya MDB-nin bütün ölkələrinə, Azərbaycan da daxil olmaqla, öz müstəmləkəsi kimi baxır, amma Azərbaycan rəhbərliyinin belə siyasətinə dözür. Problemin görünməyən tərəfi haqqında danışarkən, elə bunu nəzərdə tuturdum. Məncə, Azərbaycan-Rusiya münasibətlərinin reallıqları Azərbaycan siyasətinin məhz bu görünməyən tərəflərinin qiymətləndirilməsi zamanı açılır.- Bizim mətbuatımızda, heç kəsin əyani şəkildə görmədiyi, Qarabağın Rusiyanın əliylə Azərbaycana qaytarılması planı müzakirə edilir. Bu, mümkündürmü? - Qarabağ problemi Azərbaycanı və Ermənistanı öz təsiri altında saxlaması üçün rusların əsas kart-blanşı olaraq qalır, amma bu problem həmçinin adları sadalanan dövlətlərin hakimiyyətinin maraqlarına xidmət edir. Həmçinin Qarabağ amili münaqişədə olan tərəflərin daxili və xarici siyasətlərinin xeyrinə effektiv istifadə olunur. Daxili siyasətdə Qarabağ problemi xalqın öz ağır sosial durumuna dözümlü münasibətini təmin etmək üçün lazımdır, xarici siyasətdə isə Qarabağ amili demokratik dəyişikliklərin ölkədə yoxluğunu əsaslandırmaq üçün istifadə olunur.Bu nöqteyi-nəzərdən, Ukrayna böhranının Qarabağ münaqişəsinin həllinə təkan verəcəyi iddiaları mənə inandırıcı görünmür. Daha əvvəl eyni iddialar Kosovoda müharibədən sonra səslənirdi, sonra gürcü-Rusiya münaqişəsi sonrası səsləndi. Amma nə o, nə başqa münaqişə Qarabağdakı hadisələrə təsir etmədi. - Azərbaycanda hansı həlledici siyasi hadisələri gözləmək olar?- Ölkədə hadisələr müxtəlif ssenarilər üzrə cərəyan edə bilər. Ukrayna hadisələrinin bizə təsirsiz ötüşməyəcəyi şübhə doğura bilməz. Bizim hakimiyyətin tezliklə ölkəni KTMT-yə, Avrasiya İttifaqına və Gömrük İttifaqına daxil etməsi istəyi çox real görünür. Buna sübut olaraq, rusların əli ilə bir neçə işğal altında olan torpaqların Azərbaycana qaytarılması şayiələrini nümunə göstərmək olar. Həmçinin Rusiyanın Qarabağda «sülhməramlı» qüvvələr yerləşdirməsi ilə bağlı da hökümət razılığa gələ bilər.Həmçinin ABŞ səfiri R.Morninqstarın Azadlıq radisounda bəyanatı, Avropa İttifaqı nümayəndələrinin bizim ölkəmizə son səfəri Qərbin Azərbaycanda gedən proseslərə təsirlərinin artmasının göstəricisidir. Bu da Azərbaycan uğrunda mübarizənin başlanmasına işarədir. Məncə, Azərbaycan ciddi dəyişikliklər ərəfəsindədir. Biz iki yoldan birini seçməliyik.Mənim müşahidələrimə əsasən bizim müxalifət bu proseslərdən kənarda qalmağı üstün tutur. Bununla müxalifət sanki məsuliyyətdən qaçaraq özünü qorumağa çalışır. Bu, yanlış mövqedir, çünki istənilən halda müxalifət də hakimiyyət kimi, ölkənin taleyinə görə məsuliyyət daşıyır. Konkret danışsaq, indiki halda, səlahiyyət baxımından bərabər olmasalar da, İlham Əliyev, İsa Qəmbər, Cəmil Həsənli və Əli Kərimli ölkənin taleyüklü məsələlərində eyni mənəvi məsuliyyəti daşıyırlar. Müxalifət müşahidəçilik siyasətindən əl çəkməlidir. Nə qədər ağır olsa da, liderlər öz müxalif mövqelərini müzakirəyə çıxarmağı bacarmalıdırlar.Amma istənilən halda son söz xalqındır. Bütün proseslər xalqların maraqları istiqamətində inkişaf edəcək.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb