NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Ceyms Appaturay Uels sammitinin nəticələrindən razılığını bildirib.
APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, C. Appaturay Gürcüstanın Birinci Kanalına verdiyi müsahibədə bildirib ki, NATO üzvləri arasında yekun bəyannaməyə görə mübahisələr yaransa da, Gürcüstan məsələsində hamı eyni fikirdə olub.
“Bütün üzv ölkələr o fikirdədir ki, Gürcüstan alyansın üzvü olmalıdır və bu ölkə mütləq öz hədəfinə çatacaq. Lakin bu, çox qısa müddətdə baş verməlidir. Şimali Atlantika Alyansının üzvləri hesab edir ki, NATO-ya qoşulmaq üçün Gürcüstan hökumətində bütün lazımi elementlər mövcuddur. O cümlədən milli illik proqram və NATO-Gürcüstan komissiyası artıq əməkdaşlıq üçün yeni paketdir. Bu paket Gürcüstanın NATO-ya qoşulmasını sürətləndirəcək”, - deyə C.Appaturay əlavə edib.
ANN.Az