“Neftçi”nin braziliyalı müdafiəçisi Bruno Bertuççi Avropa klublarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, zədə səbəbindən “Neftçi”nin düşərgəsini qış fasiləsi yaranmadan tərk edən oyunçu Braziliyada meneceri ilə görüşüb.Görüş zamanı məlum olub ki, müdafiəçi Avropa klublarının maraq dairəsinə düşüb və təkliflər kifayət qədər ciddidi. Odu ki, həmin menecer bütün təklifləri nəzərdən keçirərək, “Neftçi” ilə danışıqlara başlayıb.Bu barədə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib: "Ötən yay Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra bir neçə klub Bertuççinin xidmətində maraqlı idi. İndi də menecerlər bizə müraciət ediblər. Onlar maraqlanırlar ki, biz Brunonu buraxa bilərik ya yox? Biz Bertuccini başqa bir kluba sata bilərik. Amma hələ ki, məsələ menecer səviyyəsində müzakirə olunur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !