"Neftçi"nin baş məşqçisi jurnalistə hücum etdi - QALMAQAL

11:10 | 18.07.2014
"Neftçi"nin baş məşqçisi jurnalistə hücum etdi - QALMAQAL

"Neftçi"nin baş məşqçisi jurnalistə hücum etdi - QALMAQAL

Ötən gün "Neftçi" - "Koper" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qalmaqal yaşanıb.

Fanat.az xəbər verir ki, bakılıların baş məşqçisi Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkib. Belə ki, "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergünün Böyükağa Hacıyevə ardıcıl suallar verməsi "Neftçi" tərəfini qəzəbləndirib. Jurnalistin "Skenderbeu" gəlir "Neftçi"ni çiləyir, "Koper" gəlir "Neftçi"ni çiləyir" deməsi qalmaqalın yaranmasına səbəb olub. Bundan sonra əsəbləşən Böyükağa Hacıyev ayağa qalxıb. Bunun ardınca Hacıyevin oğlu Yusif Rəşad Ergünə yaxınlaşaraq, ona fiziki təsir göstərərək, jurnalistə əl qaldırıb. Yusif zaldan çıxarılandan az sonra Hacıyevin böyük oğlu Rüstəm də otağa girməyə çalışıb. Amma Böyükağa Hacıyev ondan zalı tərk etməyi tələb edib.Maraqlıdı ki, görəsən Böyükağa Hacıyevin oğlu mətbuat konfransına hansı əsasla daxil olub?ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM