ANN.Az xəbər verir ki, "New York Times" qəzetinin yazarı Tomas L. Friedman İŞİD-in təşkilatlanması ilə bağlı hazırladığı sonuncu yazısında türkiyə prezidenti Ərdoğanı kıskin tənqid edib.Friedman öz məqaləsində bildirib ki, hər bir israillinin daxilində "yəhudi məskunlaşma" varsa, az qala hər bir sünninin də daxilində hansısa səviyyədə xəlifəlik xəyali var. Yazar prezident Tayyib Ərdoğanın İstanbulda təzə inşa edilən 3-çü körpüyə "Yavuz Sultan Səlim" adının verilməsini də təsadüfü hesab etmir. Friedman bir daha vurğulayır ki, bu kimi faktlar Ərdoğanın Orta şərqdə demokratiyadan daha çox xəlifəlik xəyalı qurmasının göstəricisidir: "Heç olmasa, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dünyada yaşayır. Amma durun bir dəqiqə; Ərdoğanın Boğazda tikdirdiyi ən yeni körpüyə qoyulmasında israr etdiyi ad nə? Cavab: Yavuz Sultan Səlim".ANN.Az