“Rusiya prezidenti Vladimir Putin Ukraynada planlarını həyata keçirdikdən sonra o, növbəti işğallarına başlayacaq. Sırada Baltikyanı və Dağlıq Qarabağ var”. ANS PRESS-in məlumatına görə, bunu tanınmış rusiyalı politoloq, sosioloq və publisist Stanislav Belkovski deyib. Onun sözlərinə görə, Vladimir Putin Ukrayna ilə bağlı planlarını maksimum həyata keçridikdən sonra Pribaltika ölkələrinə üz tutacaq. Onun planlarında sonrakı hədəf isə Dağlıq Qarabağdır.“Putinin “Qalibiyyət” planları Rusiyada iqtisadi kollaps baş verənə qədər davam edəcək”, Stanislav Belkovski deyib.Ukraynanın gələcək taleyinə gəlincə, politoloq bildirib ki, Putin ilk növbədə ölkənin cənub-şərqini tamamilə nəzarət alıtna alacaq. O, bununla Ukraynanı Qara dənizdən ayırmaq və Dnestryanının müstəqilliyinin rəsmi Kiyev tərəfindən tanımasına nail olmaq istəyir.Politoloqun sözlərinə görə, Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərində Kremlin hazırladığı namizəd qalib gəlsə də, Putin Ukrayna ilə bağlı planlarından imtina etməyəcək.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !