ANN.Az "Daily Mail"ə istinadən xəbər verir ki, deputat xanım təklif edib ki, prezident Putinin spermasından istifadə edilərək yeni "hərbi və siyasi elit" nəsil formalaşdırılsın. Dumada qadın və doğum məsələlərinin müzakirəsi zamanı komissiya sədri olan Mizulina öz təklifini əsaslandırmaq məqsədilə bildirib ki, belə bir ideyanın hıyata keçirilməsi nəticəsində "öz ölkəsinə bağlı uşaqlar" dünyaya gələcək: "Mənim irəli sürdüyüm təklif çox sadədir. Hamilə qalmaq istəyən hər bir rus qadına prezidentin genetik materialı nəql ediləcək. Bununla yanaşı həmin qadın dövlətdən kompensasiya da alacaq. Rusiya Federasiyasının prezidentondən dünyaya gələn uşaqlar dövlətin hərbi və siyasi elitasını təmsil edəcəklər". Deputat xanıma görə, bu nəsil uşaqlar Sovetlər İttifaqında olduğukimi, xüsusi məktəblərdə təhsil almalıdırlar. ANN.Az