“Təhsilin bakalavr və magistr səviyyəsində təşkili ilə bağlı” qərarda ali məktəblərə davamiyyət limiti 25% nəzərdə tutulub. ANS PRESS-in verdiyi məlumata görə bunu Təhsil Nazirliyinin Elm Ali və Orta İxtisas təhsili şöbəsinin müdir müavini Yaqub Priyev deyib. O, qeyd edib ki, tələbə davamiyyət limitini keçdiyi halda belə onun universitetdən xaric olunmaması nəzərdə tutulub: “Yeni qərarda tələbənin dərsə davamiyyət limiti 25% nəzərdə tutulub. Tələbə ümumi 30%-40% dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq. Yeni qərar fevralın 25-dən qüvvəyə minəcək”. Yaqub Piriyev Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı nazirliyə ərzələrin daxil olduğunu söyləyib. O, qeyd edib ki, ABU-ya qanuni yolla daxil olan btün tələbələr öz diplomlarını alacaqlar: “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi var. Orada Beynəlxalq Universitetlə bağlı araşdırma aparılır. Bizə müraciət edən insanların bir qismi idarəyə göndərilib. Araşdırmadan sonra əhaliyə bu barədə ətraflı məlumat veriləcək".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !