"Qalatasaray"ın prezidenti Ünal Aysal transfer çalışmaları haqda danışıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti artıq "Qremio"nun (Braziliya) futbolçusu Aleks Telles və "Qrassxoper"in (İsveçrə) oyunçusu İzet Hayroviçin transferini bitirdiklərini deyib:
"Mançinin bizə transfer olunmalı oyunçuların siyahısını verdi. Hər mövqeyə 3-4 oyunçu məsləhət gördü və seçim etməyi bizim ixtiyarımıza buraxdı. Baş məşqçimiz Tellesi çox bəyənmişdi. Böyük ehtimalla bu transferi bu gün KAP-a bildirəcəyik. Hayroviçin də transferini bu axşam açıqlayacağıq".
Ü.Aysal bildirib ki, bu həftə sonuna qədər hər gün bir transferin adını açıqlayacaqlar: "Legioner limitinəə görə əcnəbi futbolçu çox transfer etməyəcəyik. Yerli transferlər üzərində də işləyirik".
Qol.az