"Qalatasaray" Mirça Luçesku ilə bu yay müqavilə imzalayacaq".
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Rumıniya Futbol Federasiyasının keçmiş prezidenti Mirça Sandu deyib.
O bildirib ki, İstanbul təmsilçisi təcrübəli çalışdırıcını "Cim-Bom"a gətirməyi çox istəyir:
"Artıq Luçesku üçün də on ildən sonra başqa klubda işləmək yaxşı olacaq. Onun "Qalatasaray"da uğurlar qazanacağına əminəm".
Qeyd edək ki, hazırda Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi olan Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışıdırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !