“Arena”nın çıxış tuneli Somada vəfat edən faciə qirbanlarının xatirəsinə yenidən dizayn edilib“Qalatasaray” komandası Kayseri “Erciyesspor”la keçirəcəyi qarşılaşma üçün “Arena”nın çıxış tunelini Somada vəfat edən faciə qirbanlarının xatirəsinə yenidən dizayn edib. ANS PRESS-in məlumatına görə, bu barədə xəbər “Qalatasaray”ın tvitter səhifəsində yayılıb.“Somada baş vermiş mədən qəzasından sonra klubumuz ictimai dərk etməni artırmaq üçün cəhdlərini davam etdirir. Spor Toto Super Liqasının son həftəsində keçiriləcək “Erciyesspor” matçında “Arena”nın çıxış tuneli Somada itirdiyimiz vətəndaşlarımıza ithafən yenidən dizayn edilib.Bundan başqa "TT Arena"da stadionun kənarındakı led monitorlarda matç boyu reklam verən və sponsor şirkətlərin adlarının əvəzinə Somada ölənlər barədə mesajlar nümayiş olunacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !